آخ گئنه اود ووردو جانیما عشقین
سوروب ساچلاردا بیر داراق اولدوم
ایچیمدن قووزانیر هیجران نغمه سی
گؤزلردن سوزولوب گول دوداق اولدوم
************
حزین گولوشلردن اولموشام خومار
دردلر ایچینده داغ اولماغا نه وار
آیریلیق دردینده آیریلان یانار
آیریلیب درد ایچره داش قالاق اولدوم
************
هئچ بیلیرسن منه هیجرین نئینه دی ؟
دیلده نغمه گؤز- ده ناله ائیله دی
سن سیز گؤزلریمه یوخو گلمه دی
اونداندیر گئجه لر تام اویاق اولدوم
*************
گل سوسموش دوداقدا اوتوروب کن گول
الیمده قیزاردی پاییز رنگی گول
سن سیز گونلریمه یئل سوووروب کول
باریش – دیم کوللرده بیر اوجاق اولدوم
حیدر عبادی ( باریش
)
*******************************************************************************
Ax genə od vurdu canıma eşqin
Sürünüb saçlarda bir daraq oldum
Içimdən qovzanır hicran nəğməsi
Gözlərdən süzülüb gül dodaq oldum
**********
Həzin gülüşlərdən olmuşam xumar
Dərdlər içində dağ olmağa nə var ?
Ayrılıq dərdində ayrılan yanar
Ayrılıb dərd içrə daş qalaq oldum
************
Heç bilirsən hicrin mənə neynədi ?
Dildə nəğmə göz – də nalə eylədi
Sənsiz gözlərimə yuxu gəlmədi
Undandır gecələr tam oyaq oldum
*************
Gəl susmuş dodaqda oturubkən gül
əlimdə qizardı
payız rəngi gül
sənsiz günlərimə yel sovurub kül
barış – dım küllərlə bir ocaq oldum
heydər ebadı ( barış )